İlham Zəkiyev Paris-2024-də bürünc medal qazandı

ilham-zekiyev-paris-2024-de-burunc-medal-qazandi-1725722135
|
|

Azərbaycanlı paracüdoçu İlham Zəkiyev (J1 kateqoriyası) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

Referans.az Trend-ə istinadən xəbər verir ki, ikiqat paralimpiya çempionu üçüncü yer uğrunda Monqolustan təmsilçisi Qanbat Daştserenlə qarşılaşıb.

Rəqibini məğlub edən Zəkiyev bürünc medala sahib çıxıb.

Qeyd edək ki, paralimpiya oyunları sentyabrın 8-də başa çatacaq.