Azərbaycanda alimentdən yayınan 7 min nəfərdən çox adam GİZLƏNİB- VİDEO
Azərbaycanda aliment ödəməkdən boyun qaçıranların sayı açıqlanıb. Statistika hər il bu rəqəmin artdığını göstərir.
Referans.az xəbər verir ki, təkcə bu ilin ilk yarısında Azərbaycanda 7 min 606 nəfər aliment öhdəliklərini yerinə yetirməkdən yayınaraq gizlənib. Həmin şəxslərdən 3 min 174 nəfərin yeri müəyyən edilib, 4 mindən çox şəxsin isə axtarışları davam edir.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilib ki, hər il aliment ala bilməməklə bağlı quruma müraciət edənlərin sayı artır. Təkcə cari il ərzində 240 nəfər komitəyə müraciət edib.
Hüquqşünans Şamil Paşayevin sözlərinə görə, aliment ödəməkdən yayınmağa çalışanların əmlakı da müsadirə oluna bilər. Onun sözlərinə görə, bir çoxları qanunvericiliyin bununla bağlı tələblərini bilmir.