Ağstafada üzüm yığan ər və arvad faciəvi şəkildə öldü 

agstafada-uzum-yigan-er-ve-arvad-facievi-sekilde-oldunbsp-1725781755
|
|

Ağstafada bədbəxt hadisə baş verib.

Referans.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qırlı kəndində qeydə alınıb.

Kənd sakini Füzuli İsmayılov pilləkəni hasara söykəyib üzüm yığırmış. Bu zaman hasar üçub, Füzuli İsmayılov və onun həyat yoldaşı 1967-ci il təvəllüdlü Xatirə İsmayılova daşın altında qalıblar. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.