Qazaxıstanda kütləvi zəhərlənmə: 141 məktəblinin halı pisləşdi

qazaxistanda-kutlevi-zeherlenme-141-mekteblinin-hali-pislesdi-1725796393
|
|

Qazaxıstanın Manqistau vilayətindəki məktəbdə kütləvi qida zəhərlənməsi baş verib.

Referans.az xəbər verir ki, bu barədə Regional Səhiyyə İdarəsi məlumat yayıb.

Məlumata görə, sentyabrın 6-da Munaylı rayonundakı 8 saylı məktəbin 141 şagirdi qarın ağrısı və qızdırma ilə üzləşib. Hazırda onlardan 82-si ev nəzarətindədir, 16 uşaq isə xəstəxanadadır.

Zəhərlənmənin səbəbləri aydınlaşdırılır.