Bakı "Crescent Mall"da yeni özbək idman markası olan "BeFit"in Azərbaycandakı rəsmi açılış mərasimi keçirilib.
Referans.az Musavat.com - a istinadən bildirir ki, tədbirdə Azərbaycanın və Özbəkistanın tanınmış ictimai-siyasi simaları iştirak ediblər.
Azərbaycan tərəfdən Emin Ağalarov, Gənclər və İdman naziri Fərid Qayıbov və Əmək və Sosial Təminat naziri Sahil Babayev kimi şəxslər mərasimə qatılıblar. Onlar bu addımı Azərbaycan və Özbəkistan arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində əhəmiyyətli bir hadisə kimi qiymətləndirdilər.
Özbəkistan tərəfindən isə tədbirdə Mərkəzi Asiya MMA Konfederasiyasının Prezidenti və Özbəkistan Prezidentinin Dövlət Təhlükəsizlik Xidməti rəisinin müavini Otabek Umarov və onun həyat yoldaşı, Özbəkistan Prezidentinin qızı Şahnaz Mirzoyeva iştirak etdilər. Bu mötəbər tədbir həmçinin çox sayda bloger, sənət adamları və digər tanınmış şəxsləri bir araya gətirdi.
Mərasim zamanı BeFit markasının Azərbaycanın paytaxtına gətirilməsi iki ölkə arasında ticarət və mədəni əlaqələrin genişlənməsinə dəstək verən vacib bir addım kimi dəyərləndirildi. Bu markanın təqdimatı ilə idman məhsullarının və sağlam həyat tərzinin təşviqində də yeni bir mərhələ açıldığı qeyd olundu.
Açılış mərasimindən eksklüziv fotolar: