14 gündür yoxa çıxan tələbənin ailəsi ÜSYAN EDİR - Axtarış üçün Samur - Abşeron kanalını bağlamırlar
19.09.2024
-
12:00
|
|
Siyəzəndə sentyabr ayının 6-dan itkin düşən rayon sakini 22 yaşlı Mahmud Məlikovun axtarışları davam edir.
Referans.az-a danışan gəncin atası Kamal Məlikov axtarışların heç bir nəticə vermədiyini bildirir. Ailə artıq 14 gündür axtarılan gəncin Samur - Abşeron kanalında boğulduğunu iddia edir. Sözügedən kanalın tunelində axtarışların aparılması üçün suyun həcminin aşağı düşürülməsi istiqamətində bu müddət ərzində aidiyyatı orqanlar nəsə edə bilməyiblər. Gəncin tuneldə ilişib qalmasından şübhələnən ailə pərişandır.
Gəncin iki nəfər tərəfindən Xırdalanda görüldüyünə dair şübhələr də var.
Qeyd edək ki, itkin düşən gənc namaz qılmaq üçün məscidə gedib və geri qayıtmayıb.
Ata iddia edib ki, oğlu qumarda uduzub və sonuncu dəfə borclarını bağlamaqçün ona 520 manat pul göndərib.
Qeyd edək ki, Mahmud Məlikov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin sonuncu kurs tələbəsidir.
Şəlalə Babayeva