Bakıda güclü yanğın: partlayış səsləri eşidildi - VİDEO

bakida-guclu-yangin-partlayis-sesleri-esidildi-video-1726806436
|
|
Bakının Binəqədi rayonu ərazisində yanğın hadisəsi baş verib.

Referans.az Milli.az-a istinadən xəbər verir ki, hadisə yerindən partlayış səsləri eşidilib.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq söndürülməsi təmin edilib.

Əlavə məlumat veriləcək.