Bərdədə köhnə məktəb binasında yanğın: xəsarət alan var
22.09.2024
-
09:51
|
|
Bərdədə köhnə məktəb binasında yanğın baş verib
Referans.az “Report”a istinadla xəbər verir ki, hadisə Birinci Qaradəmirçi kəndində qeydə alınıb.
Laçın rayonundan olan, məktəb binasında məcburi köçkün kimi məskunlaşan şəxsin yaşadığı otaqda baş verən yanğın nəticəsində bir nəfər yanıq xəsarətləri alıb.
Zərərçəkən Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Fakt araşdırılır.