Şuşada qəzada xəsarət alanların SON VƏZİYYƏTİ

susada-qezada-xesaret-alanlarin-son-veziyyeti-1727015978
|
|
Şuşada baş verən qəzada xəsarət alanların son vəziyyəti açıqlanıb.

Referans.az bildir ki, TƏBİB-dən verilən məlumata görə, 21 sentyabr 2024-cü il tarixində Şuşa şəhərində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər xəsarət alıb. Onlar dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıblar. Yaralılardan 4-ü kişi, 1-i qadındır.

TƏBİB-in məlumatına əsasən, xəsarət alanlardan birinin vəziyyəti ağır qiymətləndirilir, digər 4 nəfərin vəziyyəti isə orta-ağırdır. Hazırda xəstələrə lazımi tibbi xidmətlər göstərilir və həkimlər onların vəziyyətini nəzarətdə saxlayır.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

(Trend )