Zəngəzur dəhlizi hansı STATUSTA açılacaq? - Koridor, yoxsa adi yol?

"Türkiyə Zəngəzurdan keçən kommunikasiyanın açılmasının tərəfdadırıdır və bu günədək Ermənistanın hər hansı layihəsinə dəstək ifadə etməyib. Türkiyə və Azərbaycanın sülhlə bağlı mövqeyindəki yeganə fərq bundan ibarətdir ki, Türkiyə bu prosesin şərt sürülmədən irəli aparılmasının tərəfdarıdır. Bu mövqe hər bu tip görüşlərdən sonra bir daha vurğulanır. Azərbaycanın isə məlum olduğu Ermənistanla sülh müqaviləsinin imzalanması üçün şərti var".
Bunu Referans,az-a açıqlamasında politoloq Şahin Cəfərli Türkiyə və Ermənistan münasibətlərinin normallaşdırılması və Zəngəzur dəhlizi ilə bağlı mövzuya münasibət bildirən zaman deyib:
"Ermənistan Rusiya ilə münasibətləri gərginləşdirmək niyyətində olmadığını bildirir. Real olaraq, Nikol Paşinyanın siyasəti Ermənistanda Rusiyanın mövqelərinin zəiflədilməsinə yönəlib. Bu açıq - aşikar ortadadır. Əslində bu məsələdə Türkiyə Paşinyanın siyasətini bəyənir. Türkiyə istəyir ki, Rusiyanın boşaltdığı yeri özü doldurmağa çalışsın. Aydındır ki, Ermənistanda Rusiyanın mövqeyi zəiflədikcə, bu boşluğu daha çox Fransa, Amerika və İran doldurur. Türkiyə bu prosesdən kənarda qalır. Ona görə də
Türkiyənin niyyəti bundan ibarətdir ki, yaranan boşluqları məhz regionun ən güclü dövlətlərindən biri olaraq özü doldursun."
Politoloq qeyd edir ki, əsas mübahisəli məqam Zəngəzurdan keçən yolun statusunun nədən ibarət olacağı ilə bağlı məsələdir:
"Prinsipcə, Zəngəzurdan yolun açılmasına maraqlı olan ölkələrin hamısı tərəfdardır. Sadəcə olaraq, burada koridor məntiqi var. Azərbaycan və Rusiyanın mövqeyi bundan ibarətdir ki, bu Ermənistan dövlətinin nəzarətindən çıxarılmış karidor olmalıdır. Rusiya istəyir ki, həmin koridora öz qoşunları nəzarət eləsin. Zəngəzurdan keçəcək yolun adi yol və ya koridor olmasının digər dövlətlər üçün fərqi yoxdur. Türkiyənin mövqeyində də koridor israrı yoxdur. Türkiyə yolun açıqlmasına və quru yol ilə Azərbaycanla əlaqələrin yaradılmasına tərəfdardır".
Şəlalə Babayeva