Nəsrullahla birgə öldürülən "Hizbullah" liderlərinin adları AÇIQLANDI

nesrullahla-birge-oldurulen-hizbullah-liderlerinin-adlari-aciqlandi-1727620221
|
|

İsrail Ordusu sentyabrın 27-də Beyrutun Dahiya məhəlləsinə endirdiyi aviazərbə nəticəsində Hizbullah lideri Şeyx Həsən Nəsrullahla birgə 20-dən çox "Hizbullah" üzvünün öldürüldüyünü açıqlayıb.

Referans.az həmin şəxslərin adlarını təqdim edir:

Ali Karaki – "Hizbullah"ın cənub cəbhəsinin komandiri;

İbrahim Huseyn Cazini -Şeyx Həsən Nəsrullahın şəxsi mühafizə xidmətinin rəisi;

Samir Taufik Diab - Şeyx Həsən Nəsrullahın məsləhətçisi;

Abd al-Amir Məhəmməd Siblini – "Hizbullah"ın qüvvələrinin formalaşdırılmasına məsul şəxs;

Ali Navaf Ayub – "Hizbullah"ın atəş gücünə məsul şəxs:

İbrahim Huseyn Cazini və Samir Taufik Diab Şeyx Həsən Nəsrullaha ən yaxın şəxslər sırasında olub.