"Hər saniyə Amerikaya köçməyimə şükür edirəm"
30.09.2024
-
23:12
|
|
Aparıcı Hüsniyə Məhərrəmova Amerikadakı həyatı ilə bağlı paylaşım edib.
Referans.az axşam.az-a istinadən bildirir ki, aparıcı 6 aydır ABŞ-yə köçdüyünü bildirərək, xoşbəxt olduğunu vurğulayıb:
"Amerikaya gəldiyim ilk gün. Düz 6 aydır Amerikadayam. Bu 6 ayda elə bir gün olmadı ki, mən burada olduğuma görə şükür etməyim. Hər gün, hər saat, hər saniyə... Bunun səbəbləri çoxdur. Amma ən əsas səbəb - insanlardır. Qarşıma çıxan əjdaha adamlardır. Onların sayəsində bir gün olsun belə özümü uzaqda, tək, çətinlikdə hiss etmədim. Nə yaxşı ki, varsınız! Nə yaxşı ki, Amerikadayam!".