Rusiyanın Xalq artisti, bəstəkar, müğənni Vyaçeslav Dobrınin 78 yaşında vəfat edib.
Referans.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı İrina Dobrınina rus mətbuatına açıqlama verib.
Məlumata görə, onun vəfat etmə səbəbi ürək çatışmazlığı olub.
Qeyd edək ki, Vyaçeslav Dobrınin 1970-ci illərin ortalarından SSRİ-nin ən məşhur bəstəkarlarından biridir. Alla Puqaçova, Mixail Boyarski, Lev Leşçenko və digər sənətkarlar onun bir çox əsərlərini ifa ediblər.
(Manşet.az)