Əhaliyə XƏBƏRDARLIQ: Sabah saat 10:00-dan gecə 00:00-a qədər... 

ehaliye-xeberdarliq-sabah-saat-1000-dan-gece-0000-a-qedernbsp-1727896607
|
|

  Oktyabrın 3-ü saat 10:00-dan 00:00-a qədər Bakının Xətai, Səbail, Nəsimi rayonlarının bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.

Referans.az bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 00:00-dan etibarən suyun mərhələli şəkildə verilməsi həyata keçiriləcək.

Suyun verilməsində fasilə xətlərdə aparılacaq təmir işləri ilə əlaqədardır.