Həkim Bakı səmasında baş verən tozlanmanın ŞOK səbəblərini açıqladı
"İqlim dəyişikliklərinin insan sağlamlığına müxtəlif təsirləri olur. Bu gün dünyada baş verən proseslər, dünya coğrafiyasında baş verən dəyişikliklər, müharibələr, terrorlar və s. qeyri -adi iqlim şəraitinin formalaşmasına gətirib çıxarır. O cümlədən, qlobal istiləşmə fonunda atmosferin çirklənməsi müşhidə olunur ki, biz bunu Bakı səmasında tozlanmanın günlərlə davam etməsində gördük".
Bunu Referans.az -a açıqlamasında tibb üzrə ekspert Şahvələd Məmmədov iqlim dəyişikliyi mövzusunda danışarkən deyib. Həkim bildirib ki, iqlim dəyişkənliyinin insan orqanizminə nə qədər ciddi təsirləri, fəsadları var:
"Bakı səmasındakı tozlanmanın ağciyər, ürək, hipertoniya və astma xəstələrinə nə qədər zərərli təsirləri oldu. O ki, qaldı müxtəlif epidemiyaların əmələ gəlməsinə, təbii ki, iqlim şəraiti ilə əlaqədar isti bölgələrdə, həmçinin Azərbaycanın aran bölgəsində yayılması təhlükəli hesab edilən xəstəliklər var. Buraya malyariya, bruselyoz və digər xəstəliklər aiddir. Bunun qarşısının alınması üçün həmin bölgədə yaşayan insanların həyat tərzi tənzimlənməlidir. Onların su mənbələrindən istifadə qaydalarına düzgün riayət olunmalıdır, həyətyanı meyvə-tərəvəzlərdən düzgün istifadə olunması məsləhət görülür".
Həkim bildirib ki, sentyabr ayından etibarən insanlar qrip adıyla xəstələnir, koronavirus simptomlarına xas simptomlarla həkimə müraciət edirlər. Baş verən virusların yayılmasını iqlim dəyişkənliyi ilə əlaqədar izah edən ekspert iqlim dəyişikliyinin çox fəsadlara səbəb ola biləcəyinə diqqət çəkib.
Şəlalə Babayeva