İlham Əliyevin məqsədi var – Azərbaycanı bu fəlakətdən qorumaq üçün… 

ilham-eliyevin-meqsedi-var-azerbaycani-bu-felaketden-qorumaq-ucunnbsp-1727961001
|
|

Dünya ölkələrində gərginlik pik həddə çatır. Azərbaycan böyük bir geopolitik tonqalın ortasında qalıb. Rusiya-Ukrayna, ABŞ-Çin, İran-İsrail, Qərb-Moskva toqquşmalarına rəğmən, bu kiçik ölkəni Prezident İlham Əliyev bütün yanğınlardan, fəlakətlərdən qoruya bilir. Bir yandan da savaşların coğrafiyası böyüyür – həm də Azərbaycan tərəf gəlir.

Ölkəmiz qorxulu proseslərdən sona kimi yayına biləcəkmi? Savaş tonqalının dilimləri bizi qarsmayacaq ki?

Referans.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Asif Nərimanlı deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra daim böyük güclərin toqquşma mərkəzində olub:

“Bu, ölkəmizin həm coğrafi mövqeyi, həm təbii sərvətləri, həm də regionun siyasətində oynadığı roldan qaynaqlanır. Böyük güclər Azərbaycanla işləməkdə maraqlıdırlar. Rəsmi Bakını öz tərəflərinə çəkmək üçün təzyiq edirlər. Prezident İlham Əliyev geopolitik savaşda Azərbaycanı tərəfə çevirmədən bütün tərəflər üçün maraqlı gücə çevirə bildi.

Geosiyasi mübarizədə Azərbaycan Çin, Rusiya və Avropa üçün maraqlı tərəfdir. Regionda İranın da rəsmi Bakı ilə əməkdaşlıqda maraqları var. Əvvəlki və hazırkı dövr bir-birindən tamamilə fərqlənir. Diplomatik mübarizədən hərbi əməliyyatlara keçid baş verib. Bu da vəziyyəti bir qədər gərginləşdirir. Rusiya-Ukrayna müharibəsində müəyyən çətinliklə qarşılaşmışdıq. İsrail-İran gərginliyində eyni halın baş verməsi istisna edilməməlidir”.

Politoloqun sözlərinə görə, İran İsrail ilə qarşıdurmada daima Azərbaycanı ittiham edir:

“Tehran rəsmi Bakıya təzyiq etməyə çalışır. Azərbaycan və İran xəttində münasibətlər sürətlə irəliləməyə davam edir. Amma bu Tehranda antiazərbaycan qüvvələrin meydana çıxmayacağı anlamına gəlməməlidir. İran-İsrail qarşıdurması rəsmi Bakıya müəyyən təhdidlər vəd etsə də Azərbaycanın buna qalib gəlməyə gücü var”.