Sumqayıt-Bakı qatarında nə baş verdi? – SƏRNİŞİNLƏR DÜŞÜRÜLDÜ 

sumqayit-baki-qatarinda-ne-bas-verdi-sernisinler-dusuruldunbsp-1728025021
|
|

Bu gün səhər saatlarında Sumqayıtdan Bakıya gələn sürət elektrik qatarının qapılarında texniki problem yaranıb.

Referans.az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadla xəbər verir.

Məlumata görə, sərnişinlər stansiyalardan birində düşürülüb və digər qatara mindirilib.

Hazırda Abşeron dairəvi dəmir yolu xəttində qatarlar qrafik üzrə hərəkət edir.