Bakının Nizami rayonunda yaşayış evində yanğın olub

bakinin-nizami-rayonunda-yasayis-evinde-yangin-olub-1728062419
|
|

  Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi ünvanında fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən Referans.az-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.