Şəmkirdə 35 yaşlı kişi Kür çayında boğulub 

semkirde-35-yasli-kisi-kur-cayinda-bogulubnbsp-1728227740
|
|

Şəmkirdə 35 yaşlı kişi Kür çayında boğulub.


Referans.az xəbər verir ki, Kəlbəcər rayon sakini, 1989-cu il təvəllüdlü Zəka Abdullayev çayın rayon ərazisindən keçən hissəsində batıb.


Onun meyiti tapılaraq ailəsinə təhvil verilib. Qeyd edək ki, Z.Abdullayev çayda balıq tutan zaman ehtiyatsızlıqdan suya yıxılıb.


Faktla bağlı araşdırma aparılır.


/report.az