Azərbaycan və Ermənistan XİN başçıları Rusiyada görüşəcək? 

azerbaycan-ve-ermenistan-xin-bascilari-rusiyada-goruseceknbsp-1728289878
|
|

Rusiyaya səfər çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında görüş nəzərdə tutulmayıb.

Referans.az APA-ya istinadən bildirir ki, bununla bağlı Ermənistan XİN məlumat yayıb.

Qeyd edək ki, hər iki nazir Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak məqsədilə Rusiyada səfərdədirlər.