Putin Əliyev və Paşinyanla görüşəcək

putin-eliyev-ve-pasinyanla-gorusecek-1728327120
|
|
Rusiya Prezidenti Vladimir Putin oktyabrın 8-də MDB sammitindən əvvəl Kremldə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüş keçirəcək.

Referans.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov brifinqdə məlumat verib.

“Prezident Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla iki ikitərəfli görüş keçirəcək. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələləri müzakirə olunacaq. Rusiya burada aktiv, pozitiv rol oynayır", -- Rusiya liderinin köməkçisi bildirib.