İsrailin Bakı səfirliyindəki bayraq yarıya ENDİRİLDİ

israilin-baki-sefirliyindeki-bayraq-yariya-endirildi-1728327224
|
|

  İsrailin Azərbaycandakı səfirliyində anım günü ilə bağlı bayraq yarıya endirilib.

Referans.az xəbər verir ki, bu barədə İsrail səfiri Corc Dik X hesabındakı paylaşımında yazıb.

"HƏMAS"ın 7 oktyabr hücumunun ildönümü ilə əlaqədar İsrailin Azərbaycandakı səfirliyində anım mərasimi keçirilib. biz Bakıdakı səfirlikdə bayrağımızı yarıya endirdik və 7 oktyabr qırğını qurbanlarını emosional xatirə mərasimi ilə yad etdik. Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndələri, səfirlər və yəhudi icmasının liderləri bizə qoşuldular”, - səfir qeyd edib.