Kübraxanımın kanaldan meyiti tapıldı

kubraxanimin-kanaldan-meyiti-tapildi-1729436024
|
|

Ötən gün axşam saatlarında Samur-Abşeron kanalının Şabran rayonunun Gəndob kəndi ərazisindən keçən hissəsində aşkarlanan cəsədin kimə məxsus olması müəyyənləşib. 


Referans.az APA-ya istinadən xəbər verir ki, meyitin 29 yaşlı Xaçmaz rayonu, Hacıəlibəy kənd sakini Cəfərova Kübraxanım Cəlil qızına məxsus olduğu bəlli olub. Onun oktyabrın 3-də itkin düşdüyü bildirilir.




K. Cəfərovanın hansı səbəbdən Samur-Abşeron kanalına düşdüyü məlum deyil.