5,8 bal gücündə zəlzələ bu ölkəni 2-ci dəfə SİLKƏLƏDİ
21.10.2024
-
10:20
|
|
Argentinanın qərbində yerləşən San Juan əyalətində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Referans.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri San Juan şəhərindən 65 km şimal-qərbdə, təxminən 447 min insanın yaşadığı ərazidə baş verib. Zəlzələnin ocağı isə yerin 86 km dərinliyində olub.
Hazırda zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.