Azərbaycanda bu xanıma YÜKSƏK VƏZİFƏ VERİLDİ
21.10.2024
-
12:55
|
|
Gənclər və İdman Nazirliyinin tabeliyindəki “Bakı Kristal Zalı” MMC-yə yeni direktor təyin edilib.
Referans.az “Report”a istinadən bildirir ki, bu, Bahar Dadaşovadır.
O, şirkətin rəhbərliyində Natiq İbrahimovu əvəz edib.
“Bakı Kristal Zalı” 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 manatdır. Obyekt Nazirlər Kabinetinin 7 noyabr 2023-cü il tarixli qərarı ilə nazirliyin tabeliyinə verilib.