Kazan görüşündə BUNLAR MÜZAKİRƏ EDİLDİ - Sülh sazişinin imzalanması prosesi tezləşir?

kazan-gorusunde-neler-muzakire-edildinbsp-1729862158
|
|

Ötən gün Rusiya Federasiyasının Kazan şəhərində keçirilən XVI BRICS Sammiti əsnasında oktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub.


Görüşün mahiyyəti haqqında Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Referans.az-a açıqlamasında danışıb.




“Prezident İlham Əliyevlə Ermənistanın Baş Naziri Nikol Paşinyanın BRİCS çərçivəsində Kazanda keçirilən sammitdə ikitərəfli birbaşa görüşü olub. Fikrimcə, bu görüşdən öncə ABŞ prezidenti Cozef Baydanın xüsusi köməkçisi Maykl Karpenter həm Bakıda, həm İrəvanda səfərdə olmuşdu. O həm prezident İlham Əliyevə, həm də Baş Nazir Nikol Paşinyana prezident Baydenin məktubunu təqdim etmişdir. Məktubda Bayden həm də bildirmişdi ki, köməkçisi İlham Əliyevə və Nikol Paşinyana təkliflərini çatdıracaq. Fikrimcə, prezidentlə baş nazirin görüşündə sülh sazişinin imzalanmasının sürətlənməsi məsələsi var. Karpenter hər iki tərəflə görüşüb onların sülh sazişinin bağlanmasına münasibətlərini öyrənib və təqdim edəcək. Bu halda prezident və baş nazir həmin görmək istədikləri məsələni hesab edirəm ki, Kazanda müzakirə ediblər və buna görə də Kazan görüşündə İlham Əliyev və Nikol Paşinyan öz Xarici işlər nazirlərinə sülh sazişinin imzalanması ilə bağlı müəyyən təlimatlar veriblər”.


Siyasi şərhçi qeyd edib ki, görüşün əhəmiyyəti sülh sazişinin imzalanması prosesinin sürətlənməsinə və ikitərəfli əməkdaşlığın reallaşmasına, habelə Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyasına sürətlənməsinə töhfə ola bilər.

 

Fidan Vəlisoy