COP29-da restoran və kafelər necə fəaliyyət göstərəcək? - RƏSMİ AÇIQLAMA
31.10.2024
-
14:00
|
|
COP29 konfransının keçirildiyi ərazidə 4 mətbəx fəaliyyət göstərir.
Referans.az xəbər verir ki, bunu COP29 üzrə Ketrinq, Təmizlik və Tullantıların Təmizlənməsi Dempartmentinin şöbə müdiri Anar Zeynalov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə onlardan üçü "Mavi zonada", biri isə "Green zona"dadır: "Stadion ərazisində 56 yeni kafe və restoran qurulub. 30-dan çoxunda "kafeshop" və qida satışı nöqtələri, həmçinin 2 böyük restoran fəaliyyət göstərir. Birində milli, digərində dünya mətbəxi olacaq".
O vurğulayıb ki, kafe və restoranlar zonalar üzrə paylanılıb: "Bir saat ərzində 6 mindən çox qonağa xidmət etmək iqtidarındadırlar: "Artıq müxtəlif ölkə pavilyonları portal satışı üzərindən sifarişlərə başlayıb".