DİQQƏTLİ OLUN! Restoranlarda sizi belə aldada bilərlər... / VİDEO

diqqetli-olun-restoranlarda-sizi-bele-aldada-bilerler-video-1730378071
|
|

Müştərilər getdikləri restoranda menyudan ağız dadına uyğun, şəkildə göstərilən bir neçə növ təamın toplandığı set sifariş edirlər. Lakin bəzən menyuda təklif olunanla təqdim edilən arasında böyük fərq olur.

Referans.az xəbər verir ki, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Baku TV-yə açıqlamasında qeyd edib ki, bu hal istehlakçıların hüquqlarının pozulmasıdır:

“Bu kimi məsələlərə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti nəzarət edir. Müştəri belə hallarla qarşılaşdıqda sübut üçün foto çəkməli, kassa çekini saxlamalı və sözügedən quruma müraciət etməlidir ki, ona dəymiş zərər ödənilsin”.


Ətraflı süjetdə: