Yüksək vəzifədə olan əmisini onu işə götürmədiyinə görə öldürdü - FOTO

yuksek-vezifede-olan-emisini-onu-ise-goturmediyine-gore-oldurdu-foto-1730719592
|
|

Türkiyədə bələdiyyə sədri və sürücüsü öldürülüb.


Referans.az Türkiyə mediasına istinadla xəbər verir ki, onlara sui-qəsd təşkil olunub.


Balışeyh bələdiyyə sədri Hilmi Şen və sürücüsü Mikail Çelikkol dərhal xəstəxanaya çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.


Hücum nəticəsində ümumilikdə 5 nəfər yaralanıb. Digər 3 nəfərin vəziyyəti ağır olaraq qalır.


Hücumu təşkil edən şəxsin Hilmi Şenin qohumu olduğu məlum olub. Şübhəli Erdem Şen ifadəsində bildirib ki, əmisi onu işə götürəcəyinə söz verib, sonra da sözünü tutmadığı üçün bu addımı atıb.(milli.az)