Bakıda konsert və atəşfəşanlıq olacaq
05.11.2024
-
18:13
|
|
8 Noyabr – Zəfər Günü münasibəti ilə Bakıda konsert proqramı və atəşfəşanlıq təşkil ediləcək.
Referans.az xəbər verir ki, bununla bağlı Dənizkənarı Milli Parkda hazırlıq işlərinə başlanılıb.
Qeyd edək ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib.