Metropolitendə dəyişiklik edildi
07.11.2024
-
13:20
|
|
Bakının 57 yaşlı metro sistemi yeni və unikal yeniliklərlə təchiz olunub.
Referans.az-ın məlumatına görə, metroda maşinistlər üçün rəqəmsal texnologiyalar tətbiq edilib.
Yeniliklərə əsasən, maşinist idarə etdiyi qatardakı nasazlığı monitorlar vasitəsilə daha operativ şəkildə bildirəcək. O, qatarın nasazlığını qeydiyyata alır və bu məlumat təmir personalına ötürülür. Təmir personalı, qatarlarla bağlı işləri sistem üzərindən idarə edir. Depoda qatarlar həm təmir edilir, həm də modernləşdirilir.
Qeyd edək ki, ildə 20-25 vaqonun təmir edilməsi mümkündür. Keyfiyyətli təmir isə nəqliyyatın və sərnişinlərin təhlükəsiz daşınmasını təmin edir.