Şəmkirdə hadisə: Ölən və yaralı var 

semkirde-hadise-olen-ve-yarali-varnbsp-1731132970
|
|

  Şəmkir şəhərində törədilən qətlin bəzi təfərrüatları məlum olub.

Referans.az xəbər verir ki, Oxu24.com-un məlumatına görə, Xudat Məmmədovla Anar Süleymanov arasında mübahisə yaşanıb. Bu zaman hər ikisi bir-birinə bıçaqla xəsarət yetirib.

Nəticədə sonuncu aldığı xəsarətdən dünyasını dəyişib. Hadisə yerində olan Tural Gözəlov da xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisənin şəxsi münasibətlər zəminində törədildiyi bildirilir. Tural Gözəlovun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanlardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.(Report)