Ərdoğan Bakıya bu ölkədən gələcək

erdogan-bakiya-bu-olkeden-gelecek-1731306039
|
|

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) və Ərəb Dövlətləri Liqasının (ƏDL) qeyri-rəsmi zirvə görüşündə iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyada yola düşüb.


Referans.az xəbər verir ki, iclas Yaxın Şərqdəki gərginliyin azaldılması üçün nəzərdə tutulub.


Ərdoğanın toplantı çərçivəsində bir çox liderlə görüşü gözlənilir.



Türkiyə prezidenti Səudiyyə Ərəbistanı səfərindən sonra COP-da iştirak etmək üçün birbaşa Azərbaycana gələcək.