Bakıda yanacaq daşıyan avtomobil aşdı - FOTOlar

12.11.2024
-
09:23
|
|
Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Referans.az APA-ya istinadla xəbər verir ki, hadisə 8 Noyabr prospektində qeydə alınıb.
Belə ki, idarəetməni itirən yanacaq daşıyan avtomobilinin sürücüsü nəqliyyat vasitəsini aşırıb.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğından Mühafizə Hissəsinin qüvvələri və polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.