Zaqatala xəstəxanasında nə baş verir? - Dördüncü körpə ÖLDÜ

zaqatala-xestexanasinda-ne-bas-verir-dorduncu-korpe-oldu-1731435481
|
|

  Zaqatala xəstəxanasında daha bir uşaq ölümü qeydə alınıb.

Referans.az xəbər verir ki, bu gün rayonun Cobankol kənd sakini, 2022-ci il təvəllüdlü Bəxtiyar Maarif oğlu Əliyev Zaqatala xəstəxanasında dünyasını dəyişib.

Hazırda rayon hüquq-mühafizə orqanları ölüm faktı ilə baglı araşdırma aparır.

Qeyd edək ki, son iki həftə ərzində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində də üç yeni doğulan körpə ölümü qeydə alınıb (qafqazinfo.az).