İcraçı direktor: İqlim dəyişikliyi ilə bağlı problemlər hamıya təsir edir
13.11.2024
-
16:50
|
|
İtkilər və zərər Fondu artıq yaradılmalıdır, buna ehtiyac var.
Referans.az xəbər verir ki, bunu İtkilər və zərərlər üzrə cavabdeh olan fondun icraçı direktoru İbrahima Çeik Dionq noyabrın 13-də Bakıda COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı deyib.
O bildirib ki, bunun üçün lazımi vəsait toplanmalıdır: "Həmçinin fondun vəsaitlərinə çıxışın çevikliyi təmin olunmalıdır. Biz ürəkdən çalışmalıyıq".
İ.Ç.Dionq söyləyib ki, iqlim dəyişikliyi ilə bağlı sürətli şəkildə operativ tədbirlərin görülməsinə ehtiyav var:
"İqlim dəyişikliyi ilə bağlı problemlər hamıya təsir edir. Odur ki, mən fürsətdən istifadə edib COP29-a ev sahibliyinə görə Azərbaycana təşəkkür edirəm”.