Mədət Quliyevin oğlu vəzifədən azad edildi

medet-quliyevin-oglu-vezifeden-azad-edildi-1731513808
|
|

  Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli hüquq mühafizə orqanlarındakı xidmətindən azad edilib.

Referans.az Yenisabah.az-a istinadla xəbər verir ki, polis mayoru rütbəsində olan Murad Qulubəyli işdən azad edilməsi üçün qurum rəhbərliyinə özü raport yazıb.

Qeyd edək ki, Murad Qulubəylinin hazırda hansı dövlət orqanında çalışdığı bilinmir.