Türkiyədə zəlzələ OLDU
15.11.2024
-
12:00
|
|
Türkiyə Malatyada 4,9 bal gücündə zəlzələ baş verib.
Referans.az xəbər verir ki, zəlzələnin episentri Doğanşehir rayonudur.
Fövqəladə Hallar və Fövqəladə Halların İdarə Olunması Başçılığı (AFAD) saat 11.46-da qeydə alınan zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyini bildirib.