50 il əvvəl qadını öldürən şəxs tutuldu
ABŞ-da polis 1974-cü ildə həyat yoldaşını öldürən və onilliklər boyu ədalətdən qaçan cinayətkarı tapıb.
Referans.az xəbər verir ki, bu barədə "kxii.com" yazır.
Belə ki, 25 yaşlı Meri Şlias Minneapolisdən Çikaqoya avtostopla gedərkən qəfildən yoxa çıxıb. Onun qalıqları sonradan Viskonsin ştatının Dunn qraflığında tapılıb. Bundan sonra istintaq dayandırılıb. Cəmi 50 il sonra hüquq-mühafizə orqanları cinayətkarı tapıb həbs edə biliblər. Onun hazırda 84 yaşı olan Con K. Miller olduğu üzə çıxıb. Dindirilmə zamanı o, törətdiyi cinayəti etiraf edib.
Millerin həbsi noyabrın 7-də baş tutub və bu, DNT analizi, DNT bazası sayəsində mümkün olub. Cinayət yerində Millerin bir neçə tükü tapılıb. Genetik şəcərə üsulları sayəsində Nyu Cersidəki Ramapo Kollecinin mütəxəssisləri Millerin əcdadını ictimaiyyətə açıq olan DNT verilənlər bazasında tapa biliblər. Bundan sonra onun əmiuşaqlarını tapıblar. Onların köməyi ilə hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətkarı tapıblar. /publika.az