100 nəfərlik toya cəmi 5 adam gəldi - Gəlin və bəy boş toy zalına daxil odu
15.11.2024
-
17:28
|
|
ABŞ-də qəribə hadisə yaşanıb.
Referans.az xəbər verir ki, Oreqon vilayətində yaşayan Kalina Marie ilə həyat yoldaşı Şanenin toyu bir anda yasa çevrilib.
Cütlük şad gününə 100 qonaq çağırıb. Lakin toya cəmi 5 nəfər gəlib.
Onlar oğulları ilə zala girəndə boş stulları görüb pis olublar.
Kalina ilə həyat yoldaşı Şane bu toy üçün 10 ay hazırlıq görüb.
Onlar 75-dən artıq qonağa rəqəmsal dəvətnamə, 25 qonağa isə xüsusi dizaynla hazırlanmış dəvətnamə göndərilib.
Tiktokda görüntüləri yayılan mərasim geniş müzakirələrə səbəb olub.