Gəncədə qanunsuz tikililər söküldü – FOTOLAR
15.11.2024
-
18:38
|
|
Gəncədə qanunsuz tikintilərə qarşı monitorinqlər aparılır.
Referans.az Globalinfo.az -a istinadən xəbər verir ki, monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə həyata keçirilib.
Monitorinqlər zamanı, şəhərin Məhsəti qəsəbəsində, Gülüstan yaşayış massivində yerləşən Tofiq Bağırov küçəsində və şəhərin digər hissələrində müvafiq icazəverici sənədləri olmadan tikintisi aparılan qeyr-yaşayış sahəsi aşkarlanaraq söküntüsü təmin edilib.
Qeyd edək ki, aparılan monitorinqlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək
Qeyd edək ki, aparılan monitorinqlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək