Ərdoğan G20 liderlərinin sammitinə qatılacaqmı?
16.11.2024
-
17:26
|
|
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18-19 noyabr 2024-cü il tarixlərində Rio-de-Janeyroda keçiriləcək G20 liderlərinin 19-cu sammitində iştirak etmək üçün Braziliyaya səfər edəcək.
Referans.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun X sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, sammit çərçivəsində prezident G20 liderleri, eləcə də digər dövlət və hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.