Azərbaycanlı aktrisa göz yaşı tökdü: "Atam "xərçəngdir"" - FOTO
17.11.2024
-
12:32
|
|
Aktrisa Aysel Bayramova çətin günlər yaşayır. Belə ki, aktrisanın atası ağır xəstəliyə tutulub.
Referans.az xəbər verir ki, o bu haqda Milli.Az-a danışıb.
"Bu günlərdə atamın səhhətində ciddi problemlər baş qaldırdı. Türkiyədən, Moskvadan tutmuş bütün xəstəxanaları gəzdik, amma xəstəliyinin nə olduğunu deyən olmadı. Son iki həftədir atamın xərçəng xəstəliyi olduğunu bilmişik. 2 gün əvvəl atamı əməliyyat etdirdik, amma hələ də reanimasiyadadır. 2 həftədir dünya başıma çönüb (ağlayır). Hər ağızdan çıxan bir duaya ehtiyacım var",- deyə aktrisa bildirib.