Medvedyev ABŞ-ı hədələdi
17.11.2024
-
14:00
|
|
ABŞ-ın Ukraynaya qoyduğu investisiyaların nəticələri də eyni aqibətlə üzləşəcək.
Referans.az xəbər verir ki, bu sözləri Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Ukraynanın infrastruktur obyektlərinə endirilən raket zərbələri ilə bağlı deyib.
“Rusiya ilə davam edən münaqişə kontekstində Amerikanın Ukraynaya investisiyalarını bu səhər Rusiyanın kütləvi hücumuna məruz qalan infrastruktur obyektlərinin taleyi gözləyəcək”, - Medvedyev bildirib.