Dollar və avro bu tarixdən BAHALAŞIR - Rusiyada YENİ MƏZƏNNƏ
19.11.2024
-
20:26
|
|
Rusiya Federasiyası Mərkəzi Bankı noyabrın 20-dən qüvvəyə minəcək yeni dollar-rubl məzənnəsini müəyyən edib.
Referans.az xəbər verir ki, bu barədə RMB-nin saytında məlumat verilib.
Bildirilib ki, çərşənbə günü bir dolların dəyəri 100,0348 rubl təşkil edəcək.
Avronun rəsmi məzənnəsi 27 qəpik artaraq 105,7 rubl, yuanın məzənnəsi 1 qəpik artaraq 13,8 rubl olub.
Noyabrın 19-da Mərkəzi Bankdan dolların məzənnəsi 99,94 rubl, avronun məzənnəsi 105,46 rubl, yuan isə 13,7 rubl olub.
Bu ilin iyun ayının ortalarından Amerikanın sanksiyaları səbəbindən dollar və avronun rubla rəsmi məzənnələri Rusiya Mərkəzi Bankı tərəfindən müəyyən edilib./Publika.az