Bakıda 59 yaşlı qadın qəzada ağır xəsarət aldı
21.11.2024
-
09:23
|
|
Bakının Xətai rayonunda 59 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarət alıb.
Referans.az xəbər verir ki, 1965-ci il təvəllüdlü Sevda Nazir qızı Eyvazova yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək və qapalı kəllə-beyin travmaları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.