Azərbaycanın tanınmış generalının oğlu yüksək vəzifəyə getdi (FOTO)

azerbaycanin-taninmis-generalinin-oglu-yuksek-vezifeye-getdi-foto-1732174620
|
|
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində növbəti kadr dəyişikliyi olub. 



Referans.az xəbər verir ki, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə ədliyyə nazirinin sabiq müavini, general-mayor Aydın Qasımovun oğlu Rauf Qasımzadə Penitensiar Xidmət rəisinin müşaviri təyin edilib.



Qeyd edək ki, o bundan əvvəl Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində çalışıb.



Xatırladaq ki, uzun illər ədliyyə orqanlarında yüksək vəzifələrdə çalışmış Aydın Qasımov Penitensiar Xidmətin rəisi, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi vəzifəsini icra edib.


/Manşet.az