Sədərək rayonunda Yeni Azərbaycan Partiyasının 32 illiyi QEYD OLUNUB
Referans.az xəbər verir ki, Sədərək rayonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 32-ci il dönümünə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin Heydərabad qəsəbəsində əzəmətlə ucalan büstü önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsinə dərin hörmət və ehtiram ifadə ediblər.
Rayonun Mədəniyyət sarayında davam edən tədbirdə Dövlət Himni səsləndirilib, Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir də çıxış edən Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Pərviz Ağayev partiyanın yaranma tarixindən, keçdiyi şərəfli yoldan, gələcək hədəflərindən bəhs edərək bildirilib ki, 32 illik zəngin və şərəfli inkişaf yolu keçmiş partiya ötən müddət ərzində ümumxalq partiyasına çevrilərək möhtəşəm nailiyyətlər əldə edib.
Müasir Azərbaycanın ən möhtəşəm anlarının, ən nəhəng uğurlarının və tarixi qələbələrinin onun liderləri olan Heydər Əliyevin və İlham Əliyevin adları ilə bağlı olduğu vurğulanıb.
Yeni Azərbaycan Partiyasının Sədərək rayon təşkilatının sədri Arif Qasımov çıxış edərək bildirib ki, 32 il öncə Azərbaycanda yaranmış ağır durum yeni bir siyasi təşkilatın meydana gəlməsi zərurətini ortaya qoydu.Bu məqsədlə Azərbaycanın bir qrup qabaqcıl ziyalılarının bütün xalqın iradəsini ifadə edən müraciətinə cavab olaraq Heydər Əliyev partiyanın yaradılmasına razılıq verdi.
Partiya müstəqillliyə qovuşan ölkəmizin həyatında ən təlatümlü, həyacanlı zamanında, torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt edildiyi günlərdə yaradıldı. Müstəqilliyimizin əbədi və dönməzliyinin təmin edilməsi, Azərbaycan dövlətinin qurulması və bu günkü ən nəhəng uğurları onun liderləri olan Heydər Əliyevin və İlham Əliyevin adı ilə bağlıdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Mahir İsmayılov, partiya üzvləri Şövkət Sadiqova və Bulud Bağırlı çıxış ediblər. Sonda Yeni Azərbaycan Partiyasının yaranması və inkişaf tarixindən bəhs edən videoçarx izlənmiş, şeir qiraət olunmuş və tədbir konsert proqramı ilə davam edib.