Cinayət işi açılan tələbələrlə bağlı şad xəbər 

cinayet-isi-acilan-telebelerle-bagli-sad-xebernbsp-1732261031
|
|

Rusiya İstintaq Komitəsi Moskvada yerləşən Rusiya Hökuməti yanında Maliyyə Universitetinin azərbaycanlı tələbələrinin şüarlarında ekstremizmə dair heç bir sübut aşkar etməyib.

Referans.az lent.az-a istinadən bildirir ki, bu barədə İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

O, bildirib ki, İstintaq Komitəsinin paytaxtın mərkəzi qərargahının müstəntiqi tərcüməçi ilə birlikdə şüarları əks etdirən videoyazıları araşdırıb.

“Gənclərin şüarlarında ekstremist xarakterli çağırışlara rast gəlinməyib”, – Petrenko deyib.

Onun sözlərinə görə, əcnəbi tələbələrin qanunsuz hərəkətlərə yol vermədiyinə görə istintaq müvafiq prosessual qərar verəcək.