Sevgilisini bıçaqlayıb, maşınla üzərindən keçdi - Azərbaycanda dəhşət
22.11.2024
-
15:38
|
|
Goranboyda bıçaqlanma hadisəsi baş verib.
Referans.az unikal.az-a istinadən xəbər verir ki, hadisə rayonun Nərimanlı kəndi ərazisində qeydə alınıb.
Lerik rayon sakini 1990-cı il təvəllüdlü Samir Akif oğlu İbrahimov, qeyri-rəsmi münasibətdə olduğu Balakürd kənd sakini 1990-cı il təvəllüdlü Gözəl Rasim qızı Fərəcovanı bel nahiyəsindən 2 bıçaq zərbəsi vurub, sonra avtomobillə üzərindən keçib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.